PSJ-nin futbolçusu əməliyyat olundu
08.04.2022 - 17:59
PSJ-nin futbolçusu əməliyyat olundu

PSJ-nin futbolçusu Yulian Dreksler əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi sağ dizindəki meniski üzündən cərrahi müdaxiləyə məruz qalıb.
 
Onun 30-45 gündən sonra məşqləri bərpa edəcəyi gözlənilir. Yulian cari mövsüm Liqa1-də 18 matça çıxıb. Onun aktivində 1 qol var.

Qeyd edək ki, Dreksler 2017-ci ildən PSJ-də oynayır.