PSJ-nin oyunu təxirə salındı
07.03.2020 - 10:42
Fransa Liqa1-in XXVIII turunun “Strasburq” – PSJ oyunu təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna koronavirus təhlükəsi səbəb olub.
Bu gün baş tutmalı olan görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
Bundan öncə Liqa1-də koronavirusla bağlı məhdudiyyətlər qoyulub. Futbolçu, məşqçi və hakimlərin bir-biri ilə ünsiyyəti minimuma endirilib. Onlara matçdan öncə görüşməmək tövsiyə edilib.
0
0