“Böyük beşlik” liqalarında ən erkən çempionların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropanın ən güclü beş çempionatının mütləq rekordçusu PSJ-dir.
Paris təmsilçisi 2015/16 mövsümündə Fransa Liqa1-in başa çatmasına 8 tur qalmış qızıl medalları təmin edib. 2013/14 mövsümündə isə “Bavariya” Almaniya Bundesliqasının sonuna 7 tur qalmış çempion adını rəsmiləşdirib.
Hazırda İngiltərə Premyer Liqasında 22 xallıq fərqlə liderlik edən “Liverpul” ardıcıl 6 qələbə qazansa, XXXI turda 1-ci yeri təmin etmiş olacaq. Yurgen Kloppun yetirmələri bununla da Premyer Liqada finişə 7 tur qalmış qızıl medal qazanan ilk komanda olacaq. Lakin rəqiblərin büdrəməsi nəticəsində mersisaydlılar PSJ-nin də rekordunu təkrarlaya, hətta keçə bilər.
Qeyd edək ki, “Liverpul” 25 turdan sonra 73 xal toplayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı