PSJ-nin yarımmüdafiəçinə üç təklif
26.02.2022 - 10:28
PSJ-nin yarımmüdafiəçinə üç təklif

PSJ-nin futbolçusu Jorjinyo Veynaldum Fransa təmsilçisindən ayrılmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi üç klubdan təklif alıb.

31 yaşlı niderlandlı “Atletiko”, “Vest Hem” və 2015-16-cı illərdə şərəfini qoruduğu “Nyukasl”ın hədəfindədir. Cari mövsüm Paris təmsilçisində 27 matç keçirən Veynaldum 3 qol və 2 assistə imza atıb.

Qeyd edək ki, onun transfer qiyməti 25 milyon avro ilə dəyərləndirilir.