Paraqvaylı hücumçu ilə müqavilə bağladı - “Sabah”
03.06.2020 - 14:56
Paraqvaylı hücumçu ilə müqavilə bağladı - “Sabah”

“Sabah”da müqavilə müddəti başa çatan futbolçulardan birinin taleyinə aydınlıq gəlib.

Klubdan apasport.az saytına verilən məlumata görə, hücumçu Xulio Sezar Rodriges Bakı təmsilçisi ilə anlaşmasını yeniləyib.

Bu ilin yanvarında “Zirə”dən transfer olunan 30 yaşlı oyunçu qəsəbə təmsilçisi ilə yeni 1 illik sazişə qol çəkib. Paraqvaylı futbolçu mövsümün ikinci yarısında “Sabah”ın heyətində 6 çempionat matçında iştirak edib, qol hesabını açmayıb.

Hazırda bakılılarda Məqsəd İsayev, Kərim Diniyev, Vadim Abdullayev, Saşa Stamenkoviç və Ramil Şeydayevin müqavilə müddəti yekunlaşıb.

Qeyd edək ki, bir müddət əvvəl karyerasını bitirən Marko Deviçlə yollarını ayıran “Sabah” növbəti mövsüm üçün “Qəbələ”nin müdafiəçisi Amin Seydiyevi transfer edib.
 

0