Paytaxt klubu baş məşqçi ilə yeni müqavilə imzalayacaq
04.04.2022 - 22:32
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri klubla yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, tərəflər yeni sazişlə bağlı danışıqlara başlayıb.
Yeni müqavilə məsələsini 63 yaşlı çalışdırıcı ilə müzakirə edən Roma klubunun rəhbərliyi onun uzun müddət postunda qalmasında maraqlıdır. Həmçinin italiyalı mütəxəssis özü də təklifi müsbət cavablandırmaq niyyətindədir. Tezliklə 2025-ci ilə qədər nəzərdə tutulan yeni sazişin bağlanması gözlənilir.
Qeyd edək ki, Sarrinin indiki müqaviləsi gələn ilin yayında başa çatacaq.
0
0