Paytaxt klubu mərkəz müdafiəçisi axtarır
08.04.2022 - 00:48
Paytaxt klubu mərkəz müdafiəçisi axtarır

“Tottenhem” mərkəz müdafiəçisi mövqeyinə yeni futbolçu axtarır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 4 namizəd arasında seçim etməyi planlaşdırır.

Bunlar “İnter”dən Aleksandro Bastoni, “Leypsiq”dən Yeşko Qvardiol, “Lill”dən Sven Botman və “Frayburq”dan Niko Şlotterbekdir. Bastoni paytaxt klubunun baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında “İnter”də çıxış etdiyindən, mütəxəssisə yaxşı tanışdır.

Qeyd edək ki, londonluların heyətində görmək istədiyi müdafiəçilər digər klubların da maraq dairəsindədir.