Paytaxt klubu transferlərə büdcə ayırdı - 175 milyon avro
06.02.2020 - 00:43
Paytaxt klubu transferlərə büdcə ayırdı - 175 milyon avro

"Çelsi" mövsümün sonunda heyətini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi bunun üçün indidən transfer büdcəsi ayırıb.

Paytaxt klubu yay transferləri üçün 175 milyon avro xərclənəcəyini baş məşqçi Frenk Lemparda bildirib. Gənc mütəxəssis indidən çalışmalara start verib. Onun ixtiyarında görmək istədiyi ilk oyunçu "Lion"un hücumçusu Mussa Dembeledir. İngilislər bu keçid üçün 70 milyon avro ödəməyə hazırdırlar.

"Çelsi" eyni zamanda yayda qapıçısı Kepa Arizzabalaqanı satıb, əldə ediləcək gəliri də transferlərə xərcləyə bilər.