Paytaxt klubunda yeni baş məşqçi
14.03.2022 - 09:53
Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Berlin klubunu Feliks Maqat çalışdıracaq.
68 yaşlı almaniyalı paytaxt təmsilçisi ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. O, baş məşqçi postunda Tayfun korkutu əvəzləyib.
Sonuncu Mönhenqladbax “Borussiya”sına 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. “Herta” 2022-ci ildə qələbə qazanmayıb. Berlinlilər turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Maqatın son iş yeri Çin təmsilçisi “Şandun Tayşan” olub. O, bu klubu 2017-ci ildə tərk edib.
0
0