Paytaxt klubundan baş məşqçiyə təklif
04.11.2021 - 00:00
“Latsio” baş məşqçisi Mauritsio Sarrini komandanın sükanı arxasında saxlamağı düşünür.
Apasport.az saytının məlumatına görə, Roma klubu 62 yaşlı mütəxəssisə yeni müqavilə təklif edəcək.
Paytaxt təmsilçisi Sarrinin 2025-ci ilin yayına qədər postunda qalmasını istəyir. Klubun sahibi Klaudio Lotito yaxın günlərdə çalışdırıcı ilə danışıqlar masası arxasına əyləşəcək. O, görüşün müsbət nəticələnəcəyinə ümid edir. Sarrinin hazırkı müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
Qeyd edək ki, “Latsio” hazırda A seriyasında 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
0
0