Pep Qvardiola: “Mançester Siti”də qalmayacağam”
09.04.2022 - 12:40
Pep Qvardiola: “Mançester Siti”də qalmayacağam”

Pep Qvardiolanın gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, baş məşqçisi olduğu “Mançester Siti”də qalmayacaq: “Braziliya millisi mənə maraq göstərir? Amma bu gün olmasın. Müqaviləm var və burada xoşbəxtəm. Həmişə “Mançester Siti”də qalmayacağam. Amma qalmaq istərdim. Müqaviləmi 10 illik uzada bilərəm. Amma bunu etməyəcəm”.

Qeyd edək ki, Qvardiolanın mançesterlilərlə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.