Pepe 30 milyona satılır
09.04.2022 - 11:21
“Arsenal”ın futbolçusu Nikola Pepe İngiltərə klubunu tərk edəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu yayda komandasını dəyişə bilər.
London təmsilçisi Fil Dişi Sahilindən olan forvardı satmağa razıdır. “Topçular” Pepe üçün 30 milyon avro istəyir.
Qeyd edək ki, Nikola cari mövsümün 18 matçında 3 qol vurub.
0
0