Çexiya millisinin sabiq qapıçısı Petr Çex yenidən meydana çıxa bilər.
Apasport.az saytının məlumatına görə, hazırda “Çelsi”nin texniki müşaviri olan 38 yaşlı veteran London təmsilçisinin əvəzedici komandasında şans qazanmaq imkanı əldə edib.
Klubun U-23 komandası sabah “Tottenhem”lə keçiriləcək görüşdə qapıçı problemi ilə üzləşib. Əsas qolkiper Lukas Berqstryom dünən U-18-in heyətində meydana çıxıb. Onun əvəzləyicisi Karlo Jiqer isə əsas komandanın hazırlıqlarında iştirak edir. Bu üzdən də karyerasını ötən il başa vuran, amma bu ilin oktyabrında adı əsas komandanın iştirak ərizəsinə daxil edilən Çexin əvəzedicilərin heyətində meydana çıxması zərurəti yaranıb.
Qeyd edək ki, Çex 2004-15-ci illərdə “Çelsi”də oynayıb. O, bu müddətdə 15 titul, o cümlədən Çempionlar Liqası və 4 Premyer Liqa çempionluğu qazanıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”