Pike “Barselona”dan gedir – şərti var
10.11.2021 - 00:35
Jerar Pike İspaniyanın “Barselona” klubunu tərk etmək variantını nəzərdən keçirir.
Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi yeni baş məşqçi Xavinin gəlişindən sonra əsas heyətdə yer almayacağı halda La Liqa təmsilçisini tərk edəcək.
Ehtiyatda qalmaq fikrindən uzaq olan Pikenin MLS-ə üz tutması gözlənilir. O, bir müddət əvvəl “İnter Mayami”nin sahibi Devid Bekhemlə görüşüb. Onların görüş zamanı məhz keçidi müzakirə etdikləri ehtimal olunur.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”nın formasını geyinir.
0
0