Yunanıstanlı futbolçu Vangelis Platellas Azərbaycanı tərk etməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Neftçi" klubundan ayrılmağa qərar verib.
O, bu addımı nadir hallarda meydana çıxması səbəbindən atır. Komandaya böyük ümidlərlə cəlb olunan Platellas baş məşqçi Roberto Bordin tərəfindən şans qazanmadığı üçün Yunanıstana geri dönmək istəyir. Amma məşqçilər korpusu dəyişikliyi olarsa, o, fikrindən daşına bilər.
Əks halda, futbolçunun ölkəsinə qayıtması an məsələsidir. Onun Yunanıstan Superliqasında mübarizə aparan bir neçə komandadan təklifi olduğu bildirilir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu