Fransanın PSJ klubunun yeni baş məşqçisi Maurisio Poçettino olacaq.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisinin istefaya göndərilən çalışdırıcısı Tomas Tuxeli argentinalı əvəzləyəcək.
Lakin bunun üçün almaniyalının klubdan ayrılması rəsmiləşməlidir. Hazırda PSJ rəhbərliyi Tuxelin nümayəndələri ilə danışıqlar apararaq müqaviləyə xitam verilməsini müzakirə edir. Əgər radikal dəyişiklik olmasa, Poçettino yaxın müddətdə Fransa klubunun “sükanı arxası”na keçəcək.
Qeyd edək ki, 2019-cu ilin noyabrında İngiltərə “Tottenhem”indən ayrılan Poçettino həmin vaxtdan işsizdir. Onun adı dəfələrlə müxtəlif klublarla yanaşı hallanıb. Baş məşqçisini istefaya göndərən və ya bunun baş verəcəyi gözlənilən klublarla bağlı məhz argentinalının adı gündəmə gəlib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”