Fransanın PSJ klubuna baş məşqçi təyin olunması gözlənilən Maurisio Poçettinonun növbəti tələbi bilinib.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis daha bir futbolçunu sərəncamında görmək arzusundadır.
O, “Barselona”nın kapitanı Lionel Messidən sonra “Tottenhem”in yarımmüdafiəçisi Dele Allinin də xidmətində maraqlıdır. London təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən və baş məşqçi Joze Mourinyo ilə yola getməyən 24 yaşlı orta sahə oyunçusu da keçmiş çalışdırıcısının yanına getmək istəyir.
Qeyd edək ki, Dele Alli 2015-2019-cu illərdə “Tottenhem”də Poçettinonun rəhbərliyi altında çıxış edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”