Polşa millisinin “26-lığ”ı – AVRO-2020
17.05.2021 - 15:28
Polşa millisinin “26-lığ”ı – AVRO-2020

Polşa millisi AVRO-2020-nin heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Paulo Souza 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçudan ibarət “26-lığ”ı müəyyənləşdirib.

Portuqaliyalı çalışdırıcı həmçinin onları əvəz edə biləcək 5 nəfərlik ehtiyat qüvvəni də açıqlayıb.

Qapıçılar: Lukaş Fabianski (“Vest Hem”), Voyçex Şesnı (“Yuventus”), Lukaş Skorupski (“Bolonya”);
Müdafiəçilər: Yan Bednarek (“Sauthempton”), Bartoş Berejinski (“Sampdoriya”), Pavel Davidoviç (“Verona”), Kamil Qlik (“Benevento”), Mixal Helik (“Barnsli”), Tomaş Kedziora (“Dinamo”, Kiyev), Kamil Pyatkovski (“Rakuv”), Timoteuş Pukaçz (“Lex”), Maçey Ribus (“Lokomotiv”, Moskva);
Yarımmüdafiəçilər: Prjemislav Frankovski (“Çikaqo”), Kamil Yojvyak (“Derbi”), Mateuş Kliç (“Lids”), Kaçper Kozlovski (“Poqon”), Qrzeqorz Krixovyak (“Lokomotiv”, Moskva), Karol Linetti (“Torino”), Yakub Moder (“Brayton”), Prjemişlav Plaketa (“Norviç”), Pyotr Zelinski (“Napoli”);
Hücumçular: David Kovnaçki (“Fortuna”), Robert Levandovski (“Bavariya”), Arkadiuş Milik (“Marsel”), Karol Sviderski (PAOK), Yakub Şverçzok (“Pyast”)
Ehtiyat oyunçular: Radoslav Mayeçki (“Monako”), Rafal Auqustinyak (“Ural”), Kamil Qrosiçki (“Vest Bromviç”), Robert Qumni (“Auqsburq”), Sebastian Şimanski (“Dinamo”, Moskva).

Qeyd edək ki, Polşa millisi AVRO-2020-nin E qrupunda İspaniya, İsveç və Slovakiya ilə qarşılaşacaq.

0