Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını Polşada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri yerli jurnalistlərdən Pavel Haneyko yayıb.
Onun sözlərinə görə, Moskva "Dinamo"su ilə müqaviləsinə xitam verildiyi üçün hazırda azad agent statusu daşıyan 24 yaşlı forvard Polşa yüksək liqasının bir neçə klubunun diqqət mərkəzindədir. Adları açıqlanmayan komandalar Şeydayevin meneceri ilə danışıqları davam etdirir. Futbolçumuzun bu ölkəyə köçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"ya mövsümün əvvəlində "Krılya Sovetov"dan keçsə də, cəmi 6 ay sonra yola salınıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı