“Messi 5-6 yaş kiçik olsaydı, onun Levandovski ilə rəqabəti məni daha çox maraqlandırardı”.
Apasport.az saytının “championat.com”a istinadən məlumatına görə, bunu Polşa millisinin sabiq baş məşqçisi Antoni Pexniçek Qətərdə keçiriləcək dünya çempionatında Argentina ilə eyni qrupa düşmələrinə münasibət bildirərkən deyib.
80 yaşlı mütəxəssis Argentina yığmasının kapitanı Lionel Messini polşalılar üçün artıq təhlükə saymır: “Onların rəqabətinə heyran ola bilərik. Amma düzünü desək, Messi artıq “meşə babası”na çevrilib. O, bir neçə il əvvəlki oyunçu deyil. Dünya çempionatında da hansı rolu oynayacağı hələlik bəlli deyil. İndiki formada Messi Argentina millisinin ehtiyat oyunçular skamyasına düşə də bilər. Gənclərə mane olmamaq üçün Zlatan İbrahimoviçin İsveç millisində oynadığı rolu oynaya, oyunların son 15-20 dəqiqəsində meydana çıxa bilər”.
Qeyd edək ki, Polşa yığması C qrupunda Argentina, Meksika və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.