Poqba İspaniya nəhənginə təklif olundu
16.10.2021 - 00:36
Poqba İspaniya nəhənginə təklif olundu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın İspaniyaya köçmək ehtimalı artıb.

Apasport.az saytının məlumatına görə, “Barselona” Fransa millisinin üzvü üçün konkret danışıqlara başlayıb.

“Barselona”nın prezidenti Joan Laportaya yaxınlığı ilə bilinən futbolçunun meneceri Mino Rayola onun xidmətini kataloniyalılara təklif edib. Ulduz futbolçunun “qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, La Liqa təmsilçisinə azad agent kimi keçə bilər. Tərəflər arasında hazırda danışıqlar davam edir.

Qeyd edək ki, 28 yaşlı orta sahə oyunçusu cari mövsüm 7 oyunda 7 məhsuldar ötürmə verib.