Poqba PSJ arzusunda
12.01.2022 - 23:17
Poqba PSJ arzusunda

Fransa millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Fransada davam etdirməyə yaxındır.

28 yaşlı futbolçu PSJ-nin maraq dairəsindədir. “Mançester Yunayted”dən ayrılmaq istəyən Polun özü də Paris klubuna keçməyin tərəfdarıdır.

Onun xidmətində daha iki klub maraqlıdır. Bunlar “Real”la “Yuventus”dur.

Qeyd edək ki, Poqba cari mövsümün 13 oyununda 7 assistə imza atıb.