Fransa millisinin və “Mançester Yunayted”in futbolçusu Pol Poqba karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçi ilə müqaviləni uzatmaq istəsə də, Polun agenti Mino Rayola fərqli fikirdədir.
28 yaşlı oyunçunun karyerasında sonuncu böyük müqaviləyə imza atacağını başa düşən Rayola bu dəfə yaxşı qazanc götürməyi planlaşdırır. O, Poqbanın xidmətində maraqlı olan “Real”la “Barselona” arasında hərrac təşkil etməyi düşünür. Daha çox pul təklif edən komanda fransalını heyətinə qatacaq.
Qeyd edək ki, Pol Premyer Liqanın cari mövsümündəki 6 matçında 7 qol ötürməsi verib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər