Premyer Liqa klubunda vida
13.01.2022 - 22:48
Premyer Liqa klubunda vida

“Lester” futbolçusu Filip Benkoviçlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

24 yaşlı xorvatiyalının müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Premyer Liqa təmsilçisi əsasən icarələrdə vaxt keçirən oyunçunu saxlamağa ehtiyac duymayıb. Benkoviçin karyerasını "Udineze"də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Benkoviç 2018-ci ildə Zaqreb “Dinamo”sundan “Lester”ə keçib.