Premyer Liqa klubları bir araya gəlir
17.03.2020 - 00:45
Premyer Liqa klubları bir araya gəlir

İngiltərə Premyer Liqasında çıxış edən klubların iştirakı ilə görüş keçiriləcək.

Apasport.az saytının məlumatına görə, tədbir martın 19-da baş tutacaq.

Klublar koronavirus pandemiyası üzündən dayandırılan çempionatın taleyi ilə bağlı müzakirələr aparacaq. Bunadək isə UEFA-nın milli assosiasiyalar və digər maraqlı tərəflərlə videokonfransı keçiriləcək. Sabahkı müşavirədə AVRO-2020, avrokuboklar və milli çempionatların taleyi müzakirə olunacaq.

Premyer Liqa klubları da UEFA-da videokonfransındakı müzakirələr və Avropa Klublar Assosiasiyasının (EKA) tövsiyələrini nəzərdən keçirəcək. EKA bütün ölkələrin çempionatlarındakı mövcud cədvəlləri yekun kimi qəbul etməyə hazır olduğunu bəyan edib.