Premyer Liqa klubu baş məşqçisini qovdu
08.11.2021 - 00:00
“Aston Villa”da baş məşqçi istefası reallaşıb.
Apasport.az saytının məlumatına görə, Birgmingem təmsilçisi çalışdırıcı Din Smitlə yollarını ayırıb.
Premyer Liqa klubunun baş direktoru Kristian Perslou XI turda “Sauthempton”a 0:1 hesablı məğlubiyyətdən sonra 50 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlayıb. O, ötənilki çıxışın təkrarlanmaması səbəbindən bu addımı atdıqlarını bildirib. Smit 2018-ci ildən “Aston Villa”ya rəhbərlik edirdi.
Qeyd edək ki, komanda hazırda 10 xalla 17-ci pillədə qərarlaşır.
0
0