Premyer Liqa klubu ilə danışıqlara başladı - Xedira
30.12.2020 - 13:17

İngiltərənin “Everton” klubu Sami Xediranın keçidi ilə bağlı danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi İtaliya “Yuventus”unun yarımmüdafiəçisini qış transfer dövründə heyətinə qatmaq istəyir.
33 yaşlı almaniyalı Liverpul təmsilçisində Karlo Ançelottinin rəhbərliyi altında oynamaq niyyətindədir. Onun Turin təmsilçisi ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.
Qeyd edək ki, Xedira cari mövsümdə meydana çıxmayıb.
0
0