Premyer Liqa klubuna görə Dembelenin müqaviləsi ləğv olur
20.01.2022 - 17:14
Premyer Liqa klubuna görə Dembelenin müqaviləsi ləğv olur

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembelenin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü bu qış komandanı azad agent kimi tərk edə bilər.

Çünki ulduz futbolçuya artıq ilk rəsmi təklif var. “Mançester Yunayted” onu heyətinə cəlb etmək üçün kataloniyalılarla əlaqə saxlayıb. La Liqa təmsilçisi də yeni müqaviləyə razılıq verməyən oyunçusu ilə sözləşmənin ləğvinə razıdır. Belədə komanda maaş limitində xeyli irəli düşmüş olar. Bunun reallaşmasına isə Dembele özü də razılıq verməlidir.

Qeyd edək ki, “Barselona” müqavilə müddəti mövsümün sonuna qədər olan 25 yaşlı hücumameyilli oyunçusunu komandadan uzaqlaşdırıb.