Premyer Liqa klubunda gizli rekord
31.01.2020 - 00:37
Premyer Liqa klubunda gizli rekord

İngiltərənin “Şeffild Yunayted” klubu yeni transferi rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Belçika “Genk”inin futbolçusu Sander Berqeni heyətinə qatıb.

Onunla 4,5 illik müqavilə imzalanıb. Şeffild təmsilçisi transferin məbləğini açıqlamasa da, bunun klub tarixində ən bahalı keçid olduğunu bəyan edib.

Bunadək rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin vaxt “Suonsi”dən Oliver Makberni 20 milyon funt sterlinqə alıb. Gizli saxlanılan rekord məbləğin daha yüksək olduğu açıqlanıb.

Qeyd edək ki, 21 yaşlı norveçli cari mövsüm “Genk”də 31 oyuna 4 qol vurub.