Premyer Liqa klubundan baş məşqçiyə 13 milyon avroluq təklif
28.10.2021 - 00:39
Stiv Bryusla yollarını ayıran “Nyukasl” yeni baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunun yeni rəhbərliyi “Ayaks”ın çalışdırıcısı Erik ten Haqın xidmətində maraqlıdır.
“Sağsağanlar” niderlandlı mütəxəssisi razı salmaq üçün ona illik 13 milyon avro maaş təklif etməyə hazırlaşır. İngiltərə Premyer Liqasında hazırda yalnız Yurgen Klopp və Pep Qvardiola bundan daha çox qazanır.
Qeyd edək ki, Erik ten Haq apreldə “Ayaks”la müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0