Premyer Liqa klubunun baş məşqçisinə iki müştəri
26.04.2020 - 12:15
Premyer Liqa klubunun baş məşqçisinə iki müştəri

İngiltərənin “Bernli” klubunun baş məşqçisi Şon Dayç komandasını tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb mütəxəssisə olan digər təkliflərdir.

Premyer Liqanın digər iki komandası “Aston Villa” və “Kristal Pelas” da Dayçı “sükanı arxası”nda görmək istəyir. Hər iki klub koronavirus pandemiyası ilə böhrandan sonra “Bernli”nin hansı maliyyə durumunda olacağını gözləyir.

Çünki maliyyə çətinlikləri “Bernli”ni mütəxəssislə yollarını ayrımağa vadar edə bilər. Bu isə “Aston Villa” və “Kristal Pelas” üçün Dayçı ələ keçirmək imkanı yaradacaq.

Qeyd edək ki, 2012-ci ildən “Bernli”yə rəhbərlik edən mütəxəssis hazırda Premyer Liqada çalışanlar arasında indiki komandasında keçirdiyi müddətə görə ikincidir. 48 yaşlı mütəxəssis 8 ildə iki dəfə “Bernli”ni Premyer Liqaya çıxarıb. O, yalnız “Bornmut”un baş məşqçisi Eddi Haudan geri qalır.

0