Premyer Liqanın XVII turundan təxirə salınmış “Brentford” – “Mançester Yunayted” oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Apasport.az saytının məlumatına görə, bununla “qırmızı şeytanlar” Premyer Liqa tarixində 60 stadionun hamısında ən azı bir qol vuran ikinci klub olub.
“Mankunianlar” “Liverpul”un rekordunu təkrarlayıb.
“Mançester Yunayted” eyni zamanda Premyer Liqada 300-cü səfər qələbəsini qazanıb. Ralf Ranqnikin yetirmələri bu göstəriciyə çatan ilk klub olub. Bu komandanın izləyiciləri “Çelsi”nin 259, “Arsenal”ın 246, “Liverpul”un 239, “Mançester Siti”nin isə 188 səfər qalibiyyəti var.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 35 xalla 7-ci pillədə qərarlaşır.