Azərbaycan Premyer Liqası və birinci divizionu dayandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Qurumun prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın isə XXI və XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.
PFL son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni nəzərə alaraq analoji addıma əl atıb.
Təxirə salınmış turların keçiriləcəyi tarix barədə məlumat verilməyib.