Premyer Liqa: XXIII turun cədvəli açıqlandı
08.04.2022 - 16:55
Premyer Liqa: XXIII turun cədvəli açıqlandı

Premyer Liqada XXIII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları iki günü əhatə edəcək.

Matçlar aprelin 15-16-da keçiriləcək. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Premyer Liqası
XXIII tur
15 aprel (cümə)
17:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

19:30. “Qarabağ” – “Şamaxı”
“Azersun Arena”

16 aprel (şənbə)
18:15. “Zirə” – “Səbail”

Zirə İdman Kompleksinin stadionu 

20:30. “Neftçi” – “Sabah”
“Bakcell Arena”