Azərbaycan Premyer Liqasının XV turundan sonra üç futbolçu cəzalı duruma düşüb.
Apasport.az saytının məlumatına görə, onlardan biri qırmızı, ikisi sarı vərəqə üzündən növbəti turu buraxacaq.
“Neftçi”nin üzvü Vojislav Stankoviç “Sumqayıt”la qarşılaşmada meydandan qovulduğu üçün “Qarabağ”ıa matçda forma geyinməyəcək.
Rauf Əliyevlə Elvin Camalov isə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Sonuncu “Zirə”nin “Sabah”la ev oyununda cəzalanıb və bu üzdən “Sumqayıt”a qarşı oynamayacaq.
“Səbail”də debüt edən Rauf isə “Qarabağ”la matçda cəzalanıb. “Neftçi”də keçirdiyi mövsümün ilk yarısında 3 dəfə xəbərdarlıq alan futbolçu “Keşlə”yə qarşı oynaya bilməyəcək.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı