Premyer Liqada III dövrə başa çatır
13.03.2020 - 16:17
Premyer Liqada III dövrə başa çatır

Sabah Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, III dövrənin son oyunları iki günü əhatə edəcək.

İlk oyun gününün qarşılaşmaları Bakıda baş tutacaq. Öncə paytaxt derbisində “Sabah”la “Keşlə” üz-üzə gələcək. Üç matçdır qola həsrət qalan meydan sahibləri “dördlüy”ə düşmək uğrunda mübarizədə vacib xallar qazanmağa köklənib. Son iki görüşdə qalib gəlməyən “Keşlə” “Neftçi” ilə fərqin böyüməməsi üçün qələbə qazanmalıdır.

Günə əyalət klublarının dueli ilə yekun vurulacaq. Turnir cədvəlinin fərqli qütblərində qərarlaşan “Qarabağ”la “Qəbələ” paytaxtda üz-üzə gələcək. Bu il qol buraxmayan Ağdam klubu liderliyini möhkəmlətməyə iddialıdır. Qəbələnin eyniadlı təmsilçisi ardıcıl 3-cü qələbə ilə son pillədən qurtulmaq üçün mübarizə aparacaq.

Turun paytaxtdan kənardakı yeganə görüşü Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası “Səbail”i sınağa çəkəcək. Meydan sahibləri 4, qonaqlar 3 matçlıq qələbə həsrətinə son qoymaqla “dördlük” iddialarını nümayiş etdirməlidir.

Həm tura, həm də dövrəyə daha bir paytaxt derbisi ilə yekun vurulacaq. “Neftçi” öz meydanında “Zirə”ni sınağa çəkəcək. Uğursuzluq zolağında ötən tur çıxan qəsəbə təmsilçisi səfərdə müsbət nəticəyə ümid edir. Turnir cədvəlinin ilk yarısına yüksəlməyi hədəfləyən zirəlilər “Neftçi” üçün də qeyri-münasib rəqibdir. Ölkənin ən titullu klubu mövsümün ikinci yarısındakı uğurlu nəticələri derbidə də nümayiş etdirmək əzmindədir.

Qeyd edək ki, IV dövrəyə martın 21-22-dəki matçlarla start veriləcək.

Azərbaycan Premyer Liqası
XXI tur
14 mart (şənbə)

16:00. “Sabah” – “Keşlə”
Hakimlər:
Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Namiq Bəkirov
“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu

15 mart (bazar)
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Kapital Bank Arena” 

18:00. “Neftçi” – “Zirə”
Hakimlər:
Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Bakcell Arena”

1

Qarabağ

20

13

6

1

34-7

45

2

Neftçi

20

10

7

3

33-14

37

3

Keşlə

20

8

6

6

27-21

30

4

Sumqayıt

20

6

5

9

24-32

23

5

Zirə

20

6

5

9

25-37

23

6

Sabah

20

5

6

9

19-27

21

7

Səbail

20

5

5

10

16-30

20

8

Qəbələ

20

5

4

11

25-35

19

Bombardirlər: Stiven Monroz, Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qol.