Premyer Liqada III dövrənin son oyunlarının vaxtı açıqlandı
06.03.2020 - 20:26
Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, turun matçları 2 günü əhatə edəcək.
III dövrəyə “Neftçi” – “Zirə” qarşılaşması ilə yekun vurulacaq.
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
14 mart (şənbə)
“Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00
“Sabah” – “Keşlə”
“Bank Respublika Arena”, 16:00
15 mart (bazar)
“Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”, 16:00
“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 18:00
0
0