Premyer Liqada 30 milyonluq transfer
11.01.2022 - 22:46
Premyer Liqada 30 milyonluq transfer

“Everton”un futbolçusu Luka Din “Aston Villa”ya keçəcək.

Apasport.az saytının məlumatına görə, tərəflər keçidlə bağlı razılıq əldə ediblər.

Transfer 30 milyon avroya gerçəkləşəcək. Premyer Liqanın digər klublarının da maraq dairəsində olan müdafiəçi Birminhem təmsilçisinə keçməyə üstünlük verib.

Qeyd edək ki, Din cari mövsümdə 13 matç keçirib.