Premyer Liqada klubunu dəyişir
27.11.2021 - 16:02
Premyer Liqada klubunu dəyişir

“Arsenal” hucumçusu Nikolya Pepedən məmnun deyil.

Apasport.az saytının məlumatına görə, London klubu 26 yaşlı forvardını satmaq qərarına gəlib.

Fil Dişi Sahili millisinin üzvünün müqavilə müddəti 2024-cü ilin yayına qədər olsa da, “topçular” onu sərfəli qiymətə sataraq, əvəzinə yeni hücumçu almağı planlaşdırır. Onun xidmətində maraqlı olan ilk klub isə Premyer Liqanın digər təmsilçisi “Nyukasl”dır.

Qeyd edək ki, Nikolya Pepe “Arsenal”a 2019-cu ildə “Lill”dən keçib.