Azərbaycan başa çatan 2020/21 mövsümünün rəmzi komandası bəlli olub.
Apasport.az saytının apardığı sorğuya əsasən, mövsüm ərzində seçilən ən yaxşı “11-lik” müəyyənləşib.
Səsvermənin nəticəsinə əsasən 3-4-3 taktiki sxemini tətbiq etmişik. Fərqləndirilən futbolçular yalnız mükafatçılar sırasına düşən 3 klubun üzvləridir. Çempion “Neftçi” və gümüş mükafatçı “Qarabağ” 5, tarixində ilk dəfə üçüncü yeri tutan “Sumqayıt” isə 1 futbolçu ilə rəmzi “11-lik”də təmsil olunub.
Sorğuda həmçinin ən yaxşı baş məşqçini də seçilib. Mövsümün gedişində qəbul etdiyi “Neftçi”ni çempion edən Samir Abasov həmkarlarını qabaqlayaraq, mövsümün çalışdırıcısı adına layiq görülüb.
Qapıçı: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Voyislav Stankoviç (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Camaladdin Xocaniyazov (“Sumqayıt”);
Yarımmüdafiəçilər: Sabir Buqrin, Emin Mahmudov, Mamadu Kane (hər üçü “Neftçi”), Filip Ozobiç (“Qarabağ”);
Hücumçular: Namiq Ələsgərov (“Neftçi”), Mahir Emreli, Abdullah Zubir (hər ikisi “Qarabağ”);
Baş məşqçi: Samir Abasov ("Neftçi")