Premyer Liqada ən çox oyunda qol buraxmayan QAPIÇILAR
21.01.2022 - 16:14
Premyer Liqada ən çox oyunda qol buraxmayan QAPIÇILAR

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün startından bəri ən çox oyunda qapısının toxunulmazlığını qoruyan qapıçıların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya “Mançester Siti”nin qolkiperi Ederson başçılıq edir.

Braziliyalı qolkiper ötən və cari mövsüm ölkə çempionatında meydana çıxdığı qarşılaşmaların 31-də qol buraxmayıb. Onu “Çelsi”nin dəri əlcək sahibi Eduar Mendi izləyib. Afrikalı 24 matçı “quru” tamamlayıb.

Üç qapıçı isə 20 görüşdə qapısında top görməyib. Bunlar Emiliano Martines (“Aston Villa”), Uqo Lyoris (“Tottenhem”) və Alisson Bekkerdir (“Liverpul”).