Premyer Liqada təxirəsalma
28.11.2021 - 17:34
Premyer Liqada təxirəsalma

Premyer Liqanın XIII turunun “Bernli” – “Tottenhem” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, görüşün nə vaxt baş tutacağı bəlli deyil.

Buna güclü qar yağması səbəb olub. Bernlidəki “Tref Mur” stadionunun meydançası qarın altında qalıb.

Qarşılaşmanın bu gün gec saatlarında, yoxsa başqa vaxta təxirə salınması hələ dəqiqləşməyib. Hazırda arenada qarın təmizlənməsi işləri aparılır.