Premyer Liqada əvəzetmə sayı dəyişdirilir
14.03.2022 - 14:01
Premyer Liqada əvəzetmə sayı dəyişdirilir

İngiltərə Premyer Liqasında əvəzetmə sayı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, klublar yenidən 5 əvəzetməyə icazə verilməsinə nail olmaq istəyir.

Bu məsələ iyundan klubların ümumi yığıncağında müzakirə ediləcək. Bundan əvvəl klubların kapitanları da məsələ ilə bağlı fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, 5 əvəzetməyə 2020-ci ildə çempionat bərpa olunandan sonra icazə verilib. Bu qayda 2021/22 mövsümündən qüvvədə deyil.