Premyer Liqada əvəzetmələrin sayı dəyişdirilir
30.03.2022 - 14:49
Premyer Liqada əvəzetmələrin sayı dəyişdirilir

İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişiklik ediləcək.

Apasport.az saytının məlumatına görə, oyunlar zamanı 5 futbolçu dəyişikliyinə əl atılacaq.

Bu qayda 2022/23 mövsümündən etibarən tətbiq olunacaq. Premyer Liqa klubları növbəti mövsümdən matçlarda 3 yox, 5 əvəzetmədən istifadə olunması yönündə ortaq məxrəcə gəliblər.

Qeyd edək ki, bu mövsüm “böyük beşlik” ölkələrindən yalnız İngiltərə Premyer Liqasında 3 əvəzetmədən istifadə edilir.