Premyer Liqadan iki müdafiəçi alır
12.03.2022 - 13:44
“Napoli” iki müdafiəçi alacaq.
Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi “Sauthempton”un arxa xətt oyunçuları cütlüyünü heyətinə qatmağı planlaşdırır.
A seriyası klubu Yan Bednareklə Mohammed Salisanı transfer etmək niyyətindədir. “Mançester Yunayted”dən icarəyə götürülən Aksel Tuanzebeni almaq fikrindən daşının neapollular Premyer Liqadakı digər müdafiəçiləri heyətinə qatmağa üstünlük verib.
Qeyd edək ki, cari mövsümdə Bednarek 26 oyunda 3, Salisa 28 matçda 1 qol vurub.
0
0