
Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”ı məğlub edən “Qarabağ” rəqibini mövsümdə üçüncü dəfə üstələyib.
Apasport.az saytının məlumatına görə, 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri əvvəlki iki görüşdə 2:1 və 5:1 hesablı qələbələrə sevinib.
Bu, eyni komandanın rəqibini 3 dəfə məğlub etdiyi 7-ci cütdür. “Qarabağ” iki, “Zirə” daha çox – üç rəqiblə qarşılaşmalarda artıq 9 xal qazanıb.
Ən böyük üstünlük “Qəbələ” və “Səbail” arasında duellərdə olub – 9:0. “Neftçi” də bir rəqibi üç dəfə üstələyib. “Abunəçilər” siyahısında öndə olan “Səbail” üç komandaya 9 xal verib.
Qeyd edək ki, III dövrənin son iki turunda belə cütlərin sayı arta da bilər.
Eyni rəqibi 3 dəfə məğlub edən komandalar
“Qarabağ” - “Neftçi” – 8:2 (2:1, 4:0, 2:1)
“Qarabağ” – “Sabah” – 8:2 (2:1, 5:1, 1:0)
“Zirə” – “Keşlə” – 5:0 (2:0, 2:0, 1:0)
“Zirə” – “Sumqayıt” – 5:0 (1:0, 3:0, 1:0)
“Zirə” – “Səbail” – 6:2 (2:1, 3:1, 1:0)
“Neftçi” – “Səbail” – 6:1 (3:1, 1:0, 2:0)
“Qəbələ” – “Səbail” – 9:0 (5:0, 2:0, 2:0)
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"