Premyer Liqanın ən yaxşıları - ADLAR
18.03.2020 - 23:23
Premyer Liqanın ən yaxşıları - ADLAR

İngiltərə Premyer Liqasında mövsümün 10 ən yaxşı futbolçusunun siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün ən yaxşısı Kevin de Breynedir.

“Mançester Siti”nin yarımmüdafiəçisini çempionatın lideri “Liverpul”un futbolçuları izləyir. Cordan Henderson 2-ci, Trent Aleksander-Arnold 3-cü pillədədir.

İlk altılıqda sonrakı yerləri Cek Qriliş (Aston Villa), Sadio Mane (Liverpul) və Serxio Aquero (Mançester Siti) tutur. “Liverpul”un daha iki oyunçusu “Top-10”da yer alıb. Məhəmməd Salah 7-ci, Vircil van Deyk 8-cidir. Ceymi Vardinin (Lester) 9-cu olduğu siyahıda Riyad Mahrez (Mançester Siti) “onluğ”u qapayır.

Qeyd edək ki, reytinq siyahısı futbolçuların statistik göstəricilərinə əsasən tərtib olunub.