Psixoloji zərbə planı – “Real”dan
26.02.2022 - 22:21
Psixoloji zərbə planı – “Real”dan

“Real” rəhbərliyi Kilian Mbappe və Erlinq Halandın eyni vaxtda transfer olunacağına şübhə etmir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu bir neçə həftə həm özünün maliyyə durumunu, həm də potensial transferlərin buna necə təsir edəcəyi ilə bağlı təhlillər aparıb.

Madridlilərin iki hücumçunu birdən transfer etməyində əsas məqsəd psixoloji zərbədir. Klub rəhbərliyi əsas rəqiblərinə belə zərbə endirmək qərarına gəlib. Bu transferlər digər klublarda “Real”ın əzəməti barədə fikir formalaşdırmalıdır.

Qeyd edək ki, “Real” bu iki futbolçunun maaşı üçün ildə 100 milyon avrosundan keçməli olacaq.