Pueblada ilk – Maradona üçün
17.07.2021 - 22:05
Pueblada ilk – Maradona üçün

Meksikanın Puebla ştatında Dieqo Maradonanın xatirəsinə kilsə açılıb.

Apasport.az saytının məlumatına görə, bu, atsteklər ölkəsində ilk belə kilsədir.

Kilsəyə gələnləri əfsanəvi futbolçunun şəkli qarşılayır. Girişdə futbol topları olan vazalar qoyulub. Binanın daxilində katolik ikonalar Maradonanın şəkilləri və plakatları ilə yanaşı asılıb.

Gələcək ulduzun uşaqlıq şəkilləri də yerləşdirilib. Mərhumun kubalı Fidel Kastro və Roma paparı Fransisklə şəkli də unudulmayıb.

Kilsəni açan Marselo Buşe buranı insanların futboldan danışa biləcəyi yer adlandırıb. Maradona kultu dünyanın müxtəlif ölkələrində yayılıb və yarım milyona yaxın insanı əhatə edir.

Qeyd edək ki, Maradonanın xatirəsinə ilk kilsə 1998-ci ildə Argentinanın Rosario şəhərində açılıb. Bu ideya onun fanatları Alexandro Veron və Ernar Amesə məxsusdur. Onlar bu fikrə Maradonanən yığmasını dünya çempionluğa daşıdığı DÇ-1986-dan sonra gəlib.
 

0