Püşkatmada Azərbaycanı kimlər təmsil edəcək?
03.03.2020 - 11:02
Püşkatmada Azərbaycanı kimlər təmsil edəcək?

UEFA Millətlər Liqasının püşkatmasında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, AFFA bu gün Amsterdamda baş tutacaq mərasimdə 6 nəfərlə təmsil olunacaq.

Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov və milli komandanın köməkçi-məşqçisi Arif Əsədov, eyni zamanda qurumun meneceri və icraçı vitse-prezidentin köməkçisi hazırda Hollandiyadadırlar. AFFA-nın prezidenti Rövnəq Abdullayevlə vitse-prezidenti Elşad Nəsirovun da bu gün püşkatmaya yollanmaları gözlənilir.

Qeyd edək ki, UEFA Millətlər Liqasının püşkatma mərasimi bu gün axşam saatlarında keçiriləcək.